Karateçilərimiz Sofiyada 7 qızıl medal qazandılar - Foto

Hazırda oxunan: Karateçilərimiz Sofiyada 7 qızıl medal qazandılar - Foto

645851

Bolqarıstanın paytaxtı Sofiya şəhərində oktyabrın 31-dən noyabrın 1-dək 16-cı “WSF - şotokan karate" üslubu üzrə Avropa ölkələrinin çempionatı keçirilib.

Karate Federasiyasından Bizim.Media-ya bildirilib ki, yarışda Azərbaycan Karate Federasiyasının (AKF) deflimpiya və parakarate üzrə yığma komandaları, eləcə də digər idmançılarımız uğurla çıxış ediblər.

Çempionatda ölkəmizi təmsil edən idmançılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə apararaq yüksək nəticələr əldə ediblər.

Parakarate yarışlarında Aysel Əhmədli bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Deflimpiyaçılar arasında keçirilən yarışlarda isə Hikmət Ağayev, 75 kiloqram çəki dərəcəsində Elmin Hüseynli və kata üzrə Aytən Qədirova qızıl medal qazanıblar.
 

16-17 yaşlı idmançılar arasında 61 kiloqram çəki dərəcəsində Yusif Əzimzadə, böyüklər arasında 60 kiloqramda Nizaməddin Əzimzadə və 75 kiloqramda Ələkbər Əlizadə gümüş medala layiq görülüblər.


Elnur Qasımzadə və Fəqan Yasimov isə 67 kiloqram çəki dərəcəsində bürünc medal qazanaraq yığmamızın uğurlarına töhfə veriblər.

Şotokan karate üzrə fərdi yarışlarda da Azərbaycan təmsilçiləri uğurlu nəticələr əldə ediblər. Böyüklər arasında “Şobu Nihon” kateqoriyasında 75 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Elçin Şiriyev qızıl medal qazanıb. Eyni çəki dərəcəsində Ramin Mazanov, kata üzrə isə Nihad Məmmədzadə gümüş medala sahib olublar.

Gənclər arasında 16-17 yaş kateqoriyasında 68 kiloqram çəki dərəcəsində çıxış edən Əbülfəz Rəfiyev də qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Komanda yarışlarında da Azərbaycan təmsilçiləri fərqləniblər. Kişilərdən ibarət yığma komandamız final görüşündə Türkiyə idmançılarına qalib gələrək qızıl medal qazanıb. Azərbaycan Karate Federasiyasının “Şotokan karate” üslubu üzrə rəhbəri Rənad Əliyevin müşayiəti ilə çempionat və birincilikdə iştirak edən idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil ediblər.

Karateçilərimiz Sofiyada 7 qızıl medal qazandılar - Foto - foto 1
Karateçilərimiz Sofiyada 7 qızıl medal qazandılar - Foto - foto 2
Karateçilərimiz Sofiyada 7 qızıl medal qazandılar - Foto - foto 3
Karateçilərimiz Sofiyada 7 qızıl medal qazandılar - Foto - foto 4
Karateçilərimiz Sofiyada 7 qızıl medal qazandılar - Foto - foto 5
Karateçilərimiz Sofiyada 7 qızıl medal qazandılar - Foto - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin