Gələn il xarici yardımlara 41 milyon manat xərclənəcək

Hazırda oxunan: Gələn il xarici yardımlara 41 milyon manat xərclənəcək

645942

2027-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər (o cümlədən, beynəlxalq və regional təşkilatlara üzvlük haqqı, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər), xarici yardımlar və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 569,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 20,0 milyon manat və ya 3,6 faiz çoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu xərclərin 230,0 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması xərclərinə (2026-cı illə müqayisədə 15,0 milyon manat və ya 7,0 faiz çox), 25,0 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərə, 7,0 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 224,0 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, 42,5 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlük haqqı, 41,0 milyon manatı xarici yardımlar və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclərə yönəldiləcək.

Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin