ADSEA-nin sabiq vəzifəli şəxsi hakim qarşısına çıxarıldı

Hazırda oxunan: ADSEA-nin sabiq vəzifəli şəxsi hakim qarşısına çıxarıldı

645927

Xüsusilə külli-miqdarda mənimsədə ittiham edilən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sabiq vəzifəli şəxsi Səday Alıyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Prokuror Saday Əliyevin barəsində olan polisin nəzarətində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını təklif etsə də, məhkəmə vəsatəti təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 11 noyabra təyin edilib. Saday Alıyev 3 milyon manat mənimsəmədə ittiham olunur.

ADSEA-da şöbə müdiri vəzifəsində çalışan S.Alıyevin fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində məhkəməyə qədər polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki "İri Şəhərlərin Su Təchizatı" QSC zərərçəkmiş qismində tanınıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin