“Yaponka” yenə də ən yaxşı avtomobillər sırasında – klassika dəyişmir...

Hazırda oxunan: “Yaponka” yenə də ən yaxşı avtomobillər sırasında – klassika dəyişmir...

645896

Bu ilki müsabiqədə "Günəşin doğduğu ölkə"də (Yaponiyada) ilin ən yaxşı avtomobili adı uğrunda otuzdan çox model mübarizə aparır. 

Bizim.Media xəbər verir ki, 2026–2027-ci illər mövsümü üçün keçirilən nüfuzlu "İlin Avtomobili" müsabiqəsi hazırda qızğın mərhələdədir. 

Oktyabrın sonunda 33 modeldən ibarət siyahı elan edilmişdi, indi isə təşkilatçılar finala vəsiqə qazanan 10 modeli açıqlayıblar. 

1980-ci ildən bəri keçirilən bu müsabiqənin finalına yapon markalarına məxsus altı model yüksəlib: "Suzuki", "Toyota", "Honda" və "Mazda"dan hər birindən bir model, "Nissan"dan isə iki model. Əsas mükafat uğrunda həmçinin Avropa markaları olan "BMW" və "Volvo", Cənubi Koreya istehsalçısı "Kia" və Çin şirkəti "BYD" də mübarizə aparır. Bu, Çin avtomobil istehsalçısının müsabiqədə ilk iştirakı deyil, lakin bu dəfə qalib gəlmək şansı daha yüksəkdir. 

Finalçılar:

Suzuki e Sky

Toyota RAV4

Nissan Elgrand

Nissan Kicks

Honda Super-One

Mazda CX-5

BMW iX3

BYD Racco

Kia PV5

Volvo ES90

Qeyd edək ki, finala çıxan on modeldən altısı elektrik avtomobilidir.

Məlumat üçün bildirək ki, qalib dekabrın 3-də açıqlanacaq. Ötən ilin də ən yaxşı avtomobili “yaponka” olmuşdu. 2025-2026-nın ən yaxşı avtomobili kressover Subaru Forester olmuşdu.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin