Əməkhaqqından tutulan gəlir vergisi artırılacaq – Yeni məbləğlər

Hazırda oxunan: Əməkhaqqından tutulan gəlir vergisi artırılacaq – Yeni məbləğlər

645881

Gələn ildən özəl sektorda və qeyri-neft-qaz sahəsində çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərindən tutulan gəlir vergisinin məbləği dəyişəcək.

Bizim.Media xəbər verir ki, qanuna əsasən, 2027-ci ildə aylıq gəliri 2 500 manata qədər olanlar 5% vergi ödəyəcəklər. 2028-ci ildən isə vergi dərəcəsi 7%-ə yüksələcək.
 

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.


Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Qeyd edək ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti 2026-cı il yanvarın 1-də başa çatıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin