Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı

Hazırda oxunan: Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı

645857

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun oğlu Kriştiano duş Santuş ilk dəfə ölkəsinin U-17 yığmasına dəvət alıb.

Bizim.Media Portuqaliya mediasına istinadən xəbər verir ki, 17 yaşlı hücumçu baş məşqçi Filipe Ramuşun 2027-ci il Avropa çempionatının seçmə mərhələsi üçün açıqladığı 23 nəfərlik heyətə daxil edilib.
 

Hazırda atasının da çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun aşağı yaş qrupunda oynayan Ronaldo daha əvvəl Portuqaliyanın U-15 və U-16 millilərinin formasını geyinib. O, U-16 millisində 9 oyunda 3, U-15 yığmasında isə 4 matçda 2 qol vurub.


Portuqaliya seçmə mərhələdə noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq.

Qeyd edək ki, U-17-lər arasında Avropa çempionatı 2027-ci ilin yayında Latviyada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin