2027-ci ildə dövlət büdcəsindən media üçün ayrılan vəsaitin həcmi açıqlanıb.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, media vasitələrinin, o cümlədən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 53,5 milyon manat, Azərbaycan Respublikası Media və Yayım Şurasının, "Media Mükəmməllik Şəbəkəsi" qeyri-kommersiya təşkilatının, habelə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fəaliyyəti ilə bağlı 14,5 milyon manat vəsait nəzərdə tutulub.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:43 / 04.11.2026
Gələn il büdcədən media üçün nə qədər vəsait xərclənəcək?
Hazırda oxunan: Gələn il büdcədən media üçün nə qədər vəsait xərclənəcək?
Hazırda oxunan: Gələn il büdcədən media üçün nə qədər vəsait xərclənəcək?
645919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































