2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 4970 nəfər artaraq 148950 nəfər, təqaüd alanların sayının isə təqribən 6190 nəfər artaraq 118750 nəfər olacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, artımlar nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 613,0 milyon manat vəsait proqnozlaşdırılıb.
Həmin vəsaitin 422,0 milyon manatını təhsil xərcləri 184,0 milyon manatını təqaüd xərcləri, 7,0 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək.
Cari ilə nisbətən növbəti ildə artımın səbəbləri təhsilalanların və təqaüd alanların sayının artımı ilə bağlıdır.
Fəridə, Bizim.Media

































































































