2 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb.
Bizim.Media xəbər verir ki, mərkəzin nümayəndəsinin sözlərinə görə, hazırda istintaq prosesi getdiyi üçün istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək tamamilə dayandırılıb.
“Ola bilsin ki, ilin sonunda açılar”, - deyə o vurğulayıb.
Qonaqların xəbərdar olması, kənd və dağ dolaylarındakı yolları gəlib qayıtmaması üçün “Şəki Yaylası” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması haqda Şəki-Qaraməryəm Bakı magistral yoluna da xüsusi lövhə quraşdırılıb.
Mözvu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
































































































