Kriptovalyuta bazarında ucuzlaşma davam edir. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti dəyər itirib, “Bitcoin”in qiyməti isə 76 min dollara düşüb.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 0,66% ucuzlaşaraq 76 097,94 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 6,17%, son 30 gündə isə 11,81% azalıb.
“Ethereum” 0,18% ucuzlaşaraq 2 238,91 dollara, BNB 1,15% azalaraq 686,10 dollara düşüb. “Bitcoin Cash” 2,09% dəyər itirərək 268,11 dollara, “Bittensor” 0,83% geriləyərək 220,25 dollara, “Quant” isə 1,15% ucuzlaşaraq 188,28 dollara enib.
Bizim.Media






























































































