Gələn il Azərbaycanda ümumi daxili məhsulun həcmi 141 milyard manata çatacaq

Hazırda oxunan: Gələn il Azərbaycanda ümumi daxili məhsulun həcmi 141 milyard manata çatacaq

645913

Növbəti ildə ümumi daxili məhsul məbləği 141 milyard manat olaraq qiymətləndirilir. Bu 2026-cı illə müqayisədə 2,7%-lik real artım deməkdir.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, qeyri-neft qaz sektoru üzrə ÜDM 109,1 milyard manat proqnozlaşdırılıb, bu da 26-cı ilə nisbətən 4,4%-lik bir real artım deməkdir:

"Ümumilikdə qeyd edim ki, beşillik perspektivə baxdıqda, mən 2023-cü ildən 27-ci ilə olan dövrü nəzərdə tuturam, bizim qeyri-neft qaz sektoru üzrə ümumi daxili məhsulumuz 30 milyard manatlıq bir artım hədəfinə çatacaqdır. Bu da 38%-lik bir artım deməkdir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin