Xəbər verdiyimiz kimi, Qazaxda dostlar arasında mübahisə qanla nəticələnib. Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bədənin kəsilmiş-deşilmiş xəsarəti diaqnozu ilə Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin versiyaya görə, adıçəkilən şəxsi həmkəndlisi olan 2011-ci il təvəllüdlü yeniyetmə A. Gülməmmədov bıçaqlamaqda şübhəli bilinir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Hər iki şəxs spirtli içkinin təsiri altında olublar və aralarında mübahisə yaranıb.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:38 / 04.11.2026
15 yaşlı oğlan araq içdi, dostunu bıçaqladı – Təfərrüat
Hazırda oxunan: 15 yaşlı oğlan araq içdi, dostunu bıçaqladı – Təfərrüat
Hazırda oxunan: 15 yaşlı oğlan araq içdi, dostunu bıçaqladı – Təfərrüat
645898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































