Gənclərin kənd məktəblərində işə cəlb edilməsini stimullaşdırmaq üçün büdcədən ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 12,6 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,9 milyon manat ayrılması proqnozlaşdırılır.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:33 / 04.11.2026
Kənd məktəblərində işləmək istəyənlərin nəzərinə - Büdcə ayrıldı
Hazırda oxunan: Kənd məktəblərində işləmək istəyənlərin nəzərinə - Büdcə ayrıldı
Hazırda oxunan: Kənd məktəblərində işləmək istəyənlərin nəzərinə - Büdcə ayrıldı
645915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































