Son günlər restoranlarda baş verən zəhərlənmə halları ilə bağlı xəbərlər ictimaiyyətdə narahatlıq yaradıb. Digər tərəfdən, AQTA-nın apardığı yoxlamalar zamanı bəzi restoranların mətbəxlərindən yayılan görüntülərdə antisanitariya halları da diqqət çəkir. Müştəri olaraq yeməyin hazırlandığı mətbəxi görməsək də, qarşımıza gələn yeməyin təhlükəsiz olduğuna güvənərək süfrəyə əyləşirik.
Bəs adı, görünüşü və müştəri sıxlığı ilə güvənli təsir bağışlayan restoranın mətbəxində hansı şəraitin olduğunu necə bilək? Müştəri restoranın mətbəxinə keçib oradakı vəziyyətlə tanış ola bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hüquqşünas Rəhim Xoyski bildirib ki, müştərinin restoranın mətbəxinə özbaşına daxil olaraq baxış keçirmək barədə açıq və avtomatik hüququ yoxdur.
Hüquqşünasın sözlərinə görə, müştəri restoran rəhbərliyindən qida məhsullarının tərkibi, allergenlər, yararlılıq müddəti, məhsulların mənşəyi və xidmətin təhlükəsizliyi barədə düzgün məlumat tələb edə bilər. Lakin mətbəxə fiziki giriş restoran rəhbərliyinin razılığı və sanitariya təhlükəsizliyi qaydaları ilə şərtlənir.
AQTA restoranları istənilən vaxt yoxlaya bilərmi?
Rəhim Xoyski bildirib ki, AQTA-nın restoranlarda yoxlamaları risk qruplarına uyğun həyata keçirilir. Yüksək riskli restoranlarda yoxlama altı ayda bir dəfə, orta riskli restoranlarda ildə bir dəfə, aşağı riskli restoranlarda isə iki ildən bir dəfədən çox olmayaraq aparılır.
Bu baxımdan AQTA-nın istədiyi vaxt istənilən restorana gedərək yoxlama aparması mümkün deyil.
Bəs restoranların risk qrupu necə müəyyənləşdirilir?
Hüquqşünasın açıqlamasına görə, restoranların hansı risk qrupuna aid edilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir. Bu prosesdə bal sistemi tətbiq olunur və toplanan ballara əsasən obyektin risk qrupu müəyyən edilir.
Yeni fəaliyyətə başlayan restoran da müəyyən qaydada yoxlanılır. Yoxlama zamanı problem aşkarlanmadıqda və toplanan balların nəticəsinə əsasən obyekt aşağı riskli qrupa daxil edilə bilər.
Bal sistemi nə dərəcədə effektivdir?
Rəhim Xoyaki hesab edir ki, restoranların risk qrupunun müəyyənləşdirilməsində tətbiq olunan bal sistemi düzgün yanaşma deyil. Hüquqşünas bunu qanundakı boşluqlardan biri kimi dəyərləndirir.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 04.11.2026
Restoranlarda gizli təhlükə - Müştəri mətbəxin şəraitini yoxlaya bilərmi?
Hazırda oxunan: Restoranlarda gizli təhlükə - Müştəri mətbəxin şəraitini yoxlaya bilərmi?
Hazırda oxunan: Restoranlarda gizli təhlükə - Müştəri mətbəxin şəraitini yoxlaya bilərmi?
645779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































