Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Hazırda oxunan: Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

645854

Bu həftə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun bütün qarşılaşmaları bir dəqiqəlik sükutla başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 

Bildirilib ki, qərar İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Mikelin vəfatı ilə əlaqədardır. 2 noyabrda Sequndanın 12-ci turunda “Andorra” ilə keçirilən görüşdə (2:2) rəqiblə toqquşma zamanı futbolçunun ürəyi dayanıb.


UEFA prezidenti Aleksander Çeferin də mərhum futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bu həftə Avropa Liqası və Konfrans Liqasının oyunları da bir dəqiqəlik sükutla başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin