Gələn il Böyük Qayıdış üçün nə qədər vəsait ayrılacaq? – Məbləğ bəlli oldu

Hazırda oxunan: Gələn il Böyük Qayıdış üçün nə qədər vəsait ayrılacaq? – Məbləğ bəlli oldu

645938

2027-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün ümumilikdə 5,3 milyard manat proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 3 milyard 422 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Dövlət əsaslı vəsait qoyuluşunun qalan 1,9 milyard manatı isə digər investisiya layihələrinin maliyyələşdirilməsinə sərf ediləcək.

Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin