Məktəblərdə təhlükəsizlik, davranış qaydalarına nəzarət və psixoloji yardım üçün növbəti ildə 8 milyondan çox vəsait ayrılacaq.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Məktəblərdə təhlükəsiz mühit yaratmaq, şagird davranış qaydalarına nəzarət etmək, baş verəcək fövqəladə hallarda uşaqlara ilkin tibbi və psixoloji yardım göstərmək və "Məktəblinin dostu" layihəsinin 2025-ci ildən etibarən əhatə dairəsinin mərhələlərlə 1000 məktəbə çatdırılması və ölkə üzrə təhsilalanların 70 faizini əhatə etmək üçün növbəti ildə bu məqsədlə 8,1 milyon manat vəsait ayrılacaq.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:31 / 04.11.2026
Şagirdlərin psixoloji dəstəyi üçün 8 milyondan çox vəsait xərclənəcək - Video
Hazırda oxunan: Şagirdlərin psixoloji dəstəyi üçün 8 milyondan çox vəsait xərclənəcək - Video
Hazırda oxunan: Şagirdlərin psixoloji dəstəyi üçün 8 milyondan çox vəsait xərclənəcək - Video
645914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































