Qrenlandiya parlamenti ABŞ və Danimarka ilə sazişi təsdiqlədi

Hazırda oxunan: Qrenlandiya parlamenti ABŞ və Danimarka ilə sazişi təsdiqlədi

645856

Qrenlandiya parlamenti ABŞ və Danimarka ilə imzalanan sazişi təsdiqləyib. Bu qərar ABŞ Prezidenti Donald Trampın aylarla davam edən təzyiqlərindən sonra qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
 

Saziş adada ABŞ hərbi mövcudluğunun genişləndirilməsini, o cümlədən iki yeni hərbi bazanın yaradılmasını və “Qızıl günbəz” raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsini nəzərdə tutur.


Bununla yanaşı, sənəd Danimarkanın Qrenlandiya üzərində suverenliyini və ada sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu təsdiqləyir.

Saziş qüvvəyə minməsi üçün Danimarka parlamenti tərəfindən də təsdiqlənməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin