Rusiyalı reper və sahibkar Timati (Timur Yunusov) Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) idarə etdiyi “War and Sanctions” antirusiya portalının məlumat bazasına salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə portalın məlumatlarında qeyd olunub.
Ukrayna tərəfi Timatinin siyahıya daxil edilməsinin səbəbləri sırasında onun xüsusi hərbi əməliyyata və Rusiya hərbçilərinə dəstək verməsini göstərib.
İfaçının profilində həmçinin onun digər musiqiçilərlə birlikdə “Yolgöstərən ulduz” mahnısını ifa etdiyi və Krımın Rusiya ilə birləşməsi gününə həsr olunmuş “Nasizmsiz dünya naminə! Rusiya naminə! Prezident naminə!” konsertində çıxış etdiyi qeyd olunub. Bundan əlavə, Timatinin 2019-cu ildə hərbi üslubda geyim kolleksiyası təqdim etdiyi bildirilib.
“War and Sanctions” antirusiya portalının məlumat bazasına daha iki rusiyalı musiqiçi – müğənni SHAMAN (Yaroslav Dronov) və reper Macan (Andrey Kosolapov) da daxil edilib.
Ukrayna tərəfi Dronovu “Rusiyanın əsas vətənpərvər ifaçısı” və “xüsusi hərbi əməliyyatın səsi” adlandırıb.
Ukrayna kəşfiyyatı Kosolapovun siyahıya salınmasının səbəbləri sırasında onun hərbi xidmətə getməsi ilə bağlı açıq bəyanatlarını və gənclər arasında populyarlığından hərbi xidmətin təşviqi məqsədilə istifadə edilməsini göstərib.
Bizim.Media






























































































