Bakıda Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir

Hazırda oxunan: Bakıda Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir

645892

Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir.

Bizim.Media xəbər verir ki, konfrans Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin aparılması, yeni tərəfdaşlıqların qurulması və yerli iştirakçılar üçün biznes imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, səhiyyə müəssisələri və turizm sənayesinin təmsilçiləri, beynəlxalq ekspertlər, həmçinin Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcək, sağlamlıq turizminin inkişaf istiqamətlərini və əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin