Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı ŞAD xəbər – 15 milyon ayrılacaq

Hazırda oxunan: Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı ŞAD xəbər – 15 milyon ayrılacaq

645937

2027-ci il dövlət büdcəsindən bəzi hərbçilərin mənzillə təminatına 15 milyon manat ayrılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
 

Qanun layihəsinə əsasən, 20 il və daha çox xidmət etmiş, hazırda işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin qarşılanması üçün 15 milyon manat vəsait nəzərdə tutulub.


Bundan əlavə, yaşayış yeri olmayan hərbi qulluqçulara, o cümlədən ehtiyatda və istefada olan hərbi qulluqçulara ödənilən pul kompensasiyası üçün 14,7 milyon manat ayrılması planlaşdırılır.

Beləliklə, hərbi qulluqçuların mənzil təminatı və yaşayış yeri ilə bağlı kompensasiyalar üçün ümumilikdə 29,7 milyon manat vəsait nəzərdə tutulub.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin