İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməkdə şübhəli bilinən Əli Kərimli istintaq müddətində, o cümlədən saxlanıldığı istintaq təcridxanasında guya hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasına qarşı qərar qəbul edilməsi üçün İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.
Ötən müddətdə Avropa Məhkəməsi iş üzrə ərizəçinin və müdafiəçilərinin təqdim etdiyi, habelə bununla əlaqədar toplanmış qarşılıqlı məlumatları araşdırıb.
Avropa Məhkəməsi iddia tələblərini rədd edib və Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən Azərbaycan Respublikasına qarşı həmin iddia ilə tələb edilən müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi barədə qərar qəbul edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:19 / 04.11.2026
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddasını rədd etdi
Hazırda oxunan: Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddasını rədd etdi
Hazırda oxunan: Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddasını rədd etdi
645893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































