ABŞ seçkiləri: Həm Senat, həm də Nümayəndələr Palatası Demokratların nəzarətinə keçdi – Yenilənib – Foto

Hazırda oxunan: ABŞ seçkiləri: Həm Senat, həm də Nümayəndələr Palatası Demokratların nəzarətinə keçdi – Yenilənib – Foto

645862

ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə Demokratlar lazımi çoxluğu əldə ediblər.

Bizim.Media “NBC News”a istinadən xəbər verir ki, son hesablanan səslərə əsasən, Demokratlar 218, Respublikaçılar isə 113 mandat əldə ediblər.
 

Senata seçkilərdə də Demokratlar öndədir. Hazırki nəticələrə görə Demokratlar Senatda 52, Respublikaçılar isə 41 mandat qazanıblar.


Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasının isə bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.

ABŞ seçkiləri: Həm Senat, həm də Nümayəndələr Palatası Demokratların nəzarətinə keçdi – Yenilənib – Foto - foto 1
ABŞ seçkiləri: Həm Senat, həm də Nümayəndələr Palatası Demokratların nəzarətinə keçdi – Yenilənib – Foto - foto 2


***08:16

ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 148, respublikaçılar isə 89 mandat əldə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bu vaxtadək hesablanan səslərə əsasən, senatda demokratlar 49, respublikaçılar isə 37 mandata sahibdirlər.

Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 18, respublikaçılar isə 11 yerə sahibdirlər.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasının isə bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.

ABŞ seçkiləri: Həm Senat, həm də Nümayəndələr Palatası Demokratların nəzarətinə keçdi – Yenilənib – Foto - foto 3

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin