Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi - Foto

Hazırda oxunan: Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi - Foto

645825

Bəzi sosial media hesablarında yer alan “Şişlidəki Heydər Əliyev parkında yerləşən büstün götürüləcəyi, ərazinin sökülərək yerində mədəniyyət mərkəzinin tikiləcəyi” ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında bildirilib.

Qeyd edilib ki, Şişli Bələdiyyəsinin sözügedən ərazi ilə bağlı hər hansı iş apardığı bildirilmir:

“Belə bir layihə də gündəmdə yoxdur.

İki dost və qardaş ölkə arasındakı münasibətləri hədəf alan, ictimaiyyəti yanıltmağa yönəlmiş təxribat xarakterli və dezinformasiya məzmunlu iddialara inanmamaq xahiş olunur”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin