İspaniya kubokunda bütün oyunlar təxirə salındı

Hazırda oxunan: İspaniya kubokunda bütün oyunlar təxirə salındı

645842

İspaniyada noyabrın 3-nə nəzərdə tutulan Kral kuboku və qadınlar arasında İspaniya kubokunun bütün oyunlarını təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kral Futbol Federasiyası (RFEF) məlumat yayıb.
 

Buna səbəb “Tenerife” klubunun hücumçusu Xesus de Miquelin vəfat etməsidir. İspaniya Sequndasının 12-ci turunda “Andorra” ilə qarşılaşma zamanı rəqib qapıçsı ilə toqquşan futbolçunun ürəyi dayanıb. O, noyabrın 3-də xəstəxanada vəfat edib.


RFEF-in açıqlamasında qərarın mərhum futbolçuya hörmət və həmrəylik əlaməti olaraq qəbul edildiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin