Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı külli miqdarda mənimsəmədə ittiham edilir.
Bizim.Media xəbər verir ki, “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.
Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.
İstintaq dövründə onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:23 / 04.11.2026
Xəstəxananın əməkdaşı 125 min manat mənimsədi – Polis nəzarətə götürdü
Hazırda oxunan: Xəstəxananın əməkdaşı 125 min manat mənimsədi – Polis nəzarətə götürdü
Hazırda oxunan: Xəstəxananın əməkdaşı 125 min manat mənimsədi – Polis nəzarətə götürdü
645895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































