Baş məşqçidən sonra o da klubdan getdi

Hazırda oxunan: Baş məşqçidən sonra o da klubdan getdi

645838

“Çelsi”nin və Seneqal millisinin sabiq hücumçusu Demba Ba Fransanın “Havr” klubunun idman direktoru vəzifəsindən ayrılıb.

Bizim.Media xəbər verir ki, "L’Equipe" nəşrinin məlumatına görə, seneqallı keçmiş futbolçu klubdakı qeyri-sabit vəziyyətə görə belə qərar verib.

O, cari ilin iyunundan bu vəzifədə çalışırdı.
 

Qeyd edək ki, “Havr” daha əvvəl baş məşqçi Didye Diqarla yollarını ayırıb. Buna etiraz olaraq klub prezidenti Jan-Mişel Russye də vəzifəsini tərk edib. Klubun sahibi “Blue Crow” investisiya qrupu hazırda rəhbərlikdə dəyişikliklərə hazırlaşır.


Xatırladaq ki, Fransa Liqa 1-də 2 xalı olan “Havr” turnir cədvəlinin sonuncu pilləsində yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin