Şərurun bəzi kəndlərində işıq olmayacaq

Hazırda oxunan: Şərurun bəzi kəndlərində işıq olmayacaq

645845

Noyabrın 4-də 154/110/35 kV-luq "Arpaçay" yarımstansiyasında AzərEnerji” ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar verilən sifariş əsasında 35 kv luq "Xanlıqlar" və "Mahmudkənd" hava elektrik xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Bizim.Media-ya bildirilib ki, bununla əlaqədar, sabah saat 13:00-dan 15:00-dək Şərurun Cəlilkənd, Mahmudkənd, Oğlanqala, Yeni Havuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
 

Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.


Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin