"Bakı Metropliteni" QSC-də 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropliteni" QSC-dən bildirilib.
Məlumata əsasən, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; "İçərişəhər–Həzi Aslanov" və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
"Bənövşəyi" xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, "Yaşıl" xətdə isə mövcud qrafik saxlanılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:48 / 07.11.2026
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Hazırda oxunan: Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Hazırda oxunan: Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
646484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































