Dehli (Hindistan) şəhəri havanın çirklənmə səviyyəsinə görə dünyanın iri şəhərləri arasında birinci yerdə qərarlaşaraq "IQAir" reytinqinə liderlik edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"IQAir"in noyabrın 7-nə olan məlumatına görə, Dehlidə havanın keyfiyyət indeksi ABŞ şkalası üzrə 581 təşkil edərək, Pakistanın Lahor şəhərinin göstəricisini (285) təxminən iki dəfə üstələyib.
Hindistanın Mərkəzi Çirklənməyə Nəzarət Şurası Dehlidə havanın keyfiyyət indeksini 363 səviyyəsində qeydə alıb və onu "çox pis" kateqoriyasına aid edib.
"Reuters" qeyd edib ki, şkalalardakı və hesablama metodikalarındakı fərqlərə görə bu göstəriciləri birbaşa müqayisə etmək olmaz.
Hakimiyyət Dehli və ətraf rayonların məktəblərini distant təhsil imkanını nəzərdə tutmağa məcbur edib, sakinlərə isə məsafədən işləmələri tövsiyə edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:55 / 07.11.2026
Dehli dünyanın ən çirkli havasına malik şəhəri oldu
Hazırda oxunan: Dehli dünyanın ən çirkli havasına malik şəhəri oldu
Hazırda oxunan: Dehli dünyanın ən çirkli havasına malik şəhəri oldu
646471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































