Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, işıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn "Mercedes" markalı avtomobil onun üzərindən keçib.
Velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb. (Report)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:04 / 07.11.2026
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Hazırda oxunan: Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Hazırda oxunan: Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
646476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































