Prokurorluğa işə qəbul üzrə yazılı imtahanın vaxtı açıqlanıb

Hazırda oxunan: Prokurorluğa işə qəbul üzrə yazılı imtahanın vaxtı açıqlanıb

646477

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən cari ildə müsabiqə elan edilib.

Bizim.Media xəbər verir ki, msabiqənin test imtahanında müvəffəqiyyət qazanan namizədlər üçün yazılı imtahan mərhələsi 19 noyabr 2026-cı il tarixdə keçiriləcək.

İmtahan saat 10:00-da başlayacaq və 4 saat davam edəcək.

İmtahanın Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub.
 

Namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və "Yazılı imtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. 


İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilmişdir.

Namizədlər 11 noyabr 2026-cı il tarixdən etibarən “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun //hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub çap etməlidirlər. 

Əlavə suallarla bağlı 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin