Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - Foto

Hazırda oxunan: Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - Foto

646488

Xəbər verdiyimiz kimi, Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
 

MÖVZU İLƏ BAĞLI: İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO


Bizim.Media xəbər verir ki, noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionun açılış mərasimində iştirak edib.
 
Qeyd edək ki, 1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə Xankəndi şəhərinin işğaldan azad olunmasından sonra əsaslı şəkildə yenidən qurulub. Arena UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb, ərazisi 3.39 hektara çatdırılıb.
 

Stadionun tamaşaçı tutumu 8 554 nəfərdir. Oturacaqlardan 8 214-ü standart, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.


Ölçüləri 105x68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə qaçış, maneələrlə qaçış, uzununa tullanma və digər atletika növləri üçün zonalar yaradılıb. (Milli.az)

Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - Foto - foto 1
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - Foto - foto 2
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - Foto - foto 3
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - Foto - foto 4
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - Foto - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin