Uzun müddət davam edən isti və quraq havadan sonra yağan ilk yağışın yaratdığı torpaq qoxusunun səbəbi məlum olub. Elmi araşdırmaya görə, bu qoxunun yaranmasında təkcə yağış suyu deyil, torpaqda yaşayan bakteriyalar və bitkilərin ifraz etdiyi təbii maddələr də mühüm rol oynayır.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, elmi ədəbiyyatda bu hadisə “Petrikor” adlanır.
Bu termin ilk dəfə 1964-cü ildə avstraliyalı alimlər tərəfindən elmi lüğətə daxil edilib. Sözün mənşəyi qədim yunan dilindəki “petra” (daş) və “ichor” (tanrıların damarlarında axdığına inanılan ilahi maye) sözləri ilə əlaqələndirilir.
Yağış qoxusunun yaranmasında əsas rol oynayan maddələrdən biri geosmindir. Bu maddə torpaqda yaşayan bakteriyalar tərəfindən istehsal olunur. İnsan burnu geosminə o qədər həssasdır ki, onun çox kiçik miqdarını belə hiss edə bilir.
Massaçusets Texnologiya İnstitutunun alimlərinin apardıqları araşdırmada yağış damcılarının torpağa düşərkən kiçik hava qabarcıqları yaratdığını müəyyən ediblər. Həmin qabarcıqlar partladıqda hissəciklər havaya yayılır və torpaqdakı qoxulu maddələri ətrafa daşıyır.
Bundan başqa, isti və quraq havalarda bitkilərdən yayılan təbii yağlar da torpaqda toplanır. Yağışdan sonra artan nəmlik bu maddələrin yenidən havaya qarışmasına şərait yaradır.
Bizim.Media
































































































