Nar yalnız dadı ilə deyil, zəngin tərkibi ilə də diqqət çəkən meyvələrdəndir. Xüsusilə payız aylarında süfrələrdə daha çox yer alan nar antioksidantlar, C vitamini və müxtəlif faydalı bitki birləşmələri ilə zəngindir. Bəs nar şirəsi orqanizmə hansı təsirləri göstərir?
Bizim.Media Foodinfo.az-a istinadən xəbər verir ki, nar şirəsinin tərkibindəki polifenollar hüceyrələri oksidləşdirici stressin təsirindən qorumağa kömək edir.
Bu maddələr ürək-damar sağlamlığının dəstəklənməsində də müəyyən rol oynayır. Bəzi araşdırmalar nar şirəsinin qan təzyiqinin tənzimlənməsinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.
Nar şirəsi C vitamini və digər antioksidant birləşmələr hesabına immun sisteminin normal fəaliyyətini dəstəkləyir. Tərkibindəki kalium isə əzələlərin və sinir sisteminin fəaliyyəti üçün əhəmiyyətlidir. Lakin nar şirəsi bütöv narla müqayisədə daha az lif ehtiva edir. Buna görə də meyvəni sıxmaq əvəzinə bütöv şəkildə yemək daha məqsədəuyğundur.
Mütəxəssislər nar şirəsini ölçülü miqdarda qəbul etməyi tövsiyə edirlər. Çünki təbii olsa belə, onun tərkibində müəyyən miqdarda şəkər var.
Xüsusilə şəkərli diabeti olan şəxslər qəbul etdikləri miqdara diqqət yetirməlidirlər. Həmçinin bəzi dərmanlarla, xüsusilə qan təzyiqinə təsir edən preparatlarla qarşılıqlı təsir ehtimalı olduğundan müntəzəm dərman qəbul edənlərin həkimlə məsləhətləşməsi vacibdir.
Nar şirəsi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin onun faydalarından yararlanmaq üçün həddindən artıq içmək lazım deyil. Əsas məsələ müxtəlif meyvə və tərəvəzlərlə zəngin, balanslı qidalanmaya üstünlük verməkdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:08 / 05.11.2026
Nar şirəsinin faydaları: Hər gün içmək orqanizmə necə təsir edir?
Hazırda oxunan: Nar şirəsinin faydaları: Hər gün içmək orqanizmə necə təsir edir?
Hazırda oxunan: Nar şirəsinin faydaları: Hər gün içmək orqanizmə necə təsir edir?
646162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































