ABŞ Prezidenti Donald Trampın yaxın ətrafı respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Amerika liderinin İranla bağlı növbəti addımlarının nədən ibarət olacağını bilmir.
Bizim.Media xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
Prezidentin keçmiş müşavirlərindən biri Axios-a bildirib ki, Tramp iki dəfə məğlub görünmək istəmir.
“Bu səbəbdən hətta onun ən yaxın köməkçiləri də bundan sonra hansı addımı atacağını bilmirlər”, – deyə Axios yazır.
Nəşrin iddiasına görə, Trampın bundan sonra atacağı addımlarla bağlı üç mümkün variant var: o, İrana yeni zərbələr endirə, danışıqlar masasına əyləşə və ya sanksiyalar və dəniz blokadası vasitəsilə İran iqtisadiyyatını boğmaq cəhdlərini davam etdirə bilər.
ABŞ-da keçirilən aralıq seçkilərin ilkin nəticələrinə görə, Nümayəndələr Palatasının 435 üzvünün və Senatın 35 üzvünün seçildiyi səsvermədə respublikaçılar Konqresin hər iki palatası üzərində nəzarəti itiriblər.
Bizim.Media




























































































