Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 6-sı səhərədək davam edəcək.
Məlumata görə, küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:32 / 05.11.2026
Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq
Hazırda oxunan: Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq
Hazırda oxunan: Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq
646126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































