Rusiya Ukraynada istifadə etdiyi silahların bir hissəsini İrana verəcək

Hazırda oxunan: Rusiya Ukraynada istifadə etdiyi silahların bir hissəsini İrana verəcək

646136

Rusiya Ukraynaya qarşı müharibədə istifadə etdiyi idarəolunan raketlər üçün 90 buraxılış qurğusunu İrana tədarük etməyə razılaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Financial Times” yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, Rusiyanın aparıcı müdafiə sənayesi müəssisələrindən birinin 2024 və 2025-ci illər üzrə istehsal qrafikində bu sifariş əks olunub. Rusiya müdafiə sənədlərində alıcı “K-10” kod adı ilə göstərilib. Jurnalistlər bunun İran olduğunu bildirirlər.

Söhbət helikopterlərdə quraşdırılan APU-L və APU-305 buraxılış qurğularından gedir. Onlardan Rusiyanın LMUR və ya “İzdeliye-305” adlanan yüngül çoxməqsədli idarəolunan raketinin buraxılması üçün istifadə olunur. İranın artıq bu qurğuların daşıyıcısı olan Rusiyaya məxsus Mi-28 helikopterləri var.

Rusiya bu qurğuları Çinə də tədarük etməyi planlaşdırır. Lakin sənədlərdə onların faktiki olaraq çatdırılıb-çatdırılmadığı barədə məlumat yoxdur.

Nəşr qeyd edir ki, Qərb kəşfiyyat xidmətləri Rusiya ilə İranın bu il Yaxın Şərqdəki müharibə zamanı hərbi əməkdaşlığı daha da dərinləşdirdiyinə əmindirlər. Rusiya əvvəllər İrana hipersəsli qanadlı raketlərin hazırlanmasında kömək edib, həmçinin zenit raketləri satıb.

Ceyms Martin adına Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzinin Avrasiya proqramının direktoru Anna Notte bildirib ki, Moskva bu məsələdə ehtiyatlı davranmağa çalışır.

Onun sözlərinə görə, Rusiyanın müharibədə iştirakla bağlı müəyyən “qırmızı xətləri” hələ də mövcuddur. Buna görə də Tehrana göstərilən dəstək əməliyyat baxımından faydalı olsa da, müharibənin gedişində həlledici rol oynamır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin