2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri 268,9 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8% çoxdur.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
O bildirib ki, işsizlikdən sığorta fondunun gəlirləri işsizlikdən sığorta haqları hesabına formalaşır:
"2026-cı ilin təsdiq edilmiş göstəricisinə nisbətdə 2027-ci il üçün sığorta haqları üzrə daxilolma 30,6 milyon manat və ya 12,9% çox proqnoz edilib. Sığorta haqları üzrə yığımın 77,7%-i qeyri-büdcə sektorunun payına düşəcək. Fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 50,3 milyon manat məbləğində vəsaitin 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur".
Nazir gələn il Fondun xərclərinin proqnozlarını da qeyd edib:
"Xərclərin 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8% çoxdur".
Nazir fondun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunacağını vurğulayıb:
"173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır. Əlavə olaraq, 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır. 2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61%-nin və ya 194,2 milyon manatının yönəldilməsi proqnoz edilir, o cümlədən, işsizlikdən sığorta ödənişi üzrə 36,0 milyon manat vəsait nəzərdə tutulur".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:50 / 05.11.2026
Nazirdən işsiz şəxslərlə bağlı ŞAD xəbər
Hazırda oxunan: Nazirdən işsiz şəxslərlə bağlı ŞAD xəbər
Hazırda oxunan: Nazirdən işsiz şəxslərlə bağlı ŞAD xəbər
646134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































