Təsərrüfat sabunu dəri üçün faydalı deyil – Köhnə mif təkzib edildi

Hazırda oxunan: Təsərrüfat sabunu dəri üçün faydalı deyil – Köhnə mif təkzib edildi

646128

Yaşlı nəsil təsərrüfat sabununu ən yaxşı yuyucu vasitə hesab etsə də, dermatoloqlar onun dəri və saç üçün faydalı olmadığını bildirirlər.

Bizim.Media xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, dermatoloq və onkoloq, ali kateqoriyalı həkim Oksana Klimenko təsərrüfat sabunundan müntəzəm istifadənin dərinin su-lipid qatına zərər verdiyini bildirib.

Onun sözlərinə görə, qələvi tərkibli bu sabun dərinin qoruyucu təbəqəsini yuyub aparır. Yeni qoruyucu qat isə yaranmağa macal tapmır. Nəticədə dəri quruyur, bakteriya, göbələk, virus və allergenlərə qarşı daha həssas olur.

Həkim qeyd edib ki, təsərrüfat sabununun müalicəvi xüsusiyyətlərə malik olması barədə fikir keçmişdən qalan mifdir. Sovet dövründə mağazalarda alternativ yuyucu vasitələrin az olması səbəbindən insanlar bu sabundan həm məişətdə, həm də şəxsi gigiyenada istifadə edirdilər.

Dermatoloq müasir dövrdə gündəlik təmizlik üçün dərinin qoruyucu qatına zərər verməyən xüsusi təmizləyici vasitələrdən istifadə etməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin