“İşləməyən şəxslərin də ailəsinə dəfn pulu verilsin” – Deputatdan təklif

Hazırda oxunan: “İşləməyən şəxslərin də ailəsinə dəfn pulu verilsin” – Deputatdan təklif

646149

Milli Məclisdə işləməyən şəxslər vəfat etdikdə onların ailəsinə dəfn pulu verilməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov Milli Məclisin komitə iclaslarında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, mövcud qaydalara görə, işləməyən vətəndaşlarımız dünyasını dəyişən zaman onların ailələrinə dəfn pulu ödənilmir:

"2025-ci ildə Azərbaycanda dünyasını dəyişən vətəndaşlarımızın sayı 63806 nəfər olub. Onlardan 62,6 faizi 65 və daha yuxarı yaş olan vətəndaşlarımızdır. Onların da böyük hissəsi pensiya alan vətəndaşlarımızdır. Ona görə mən təklif etmək istərdim ki, dəfn pulu universal olaraq dünyasını dəyişən bütün şəxslərin ailələrinə ödənilsin. Xüsusilə də işləməyən vətəndaşların ailələrinin sosial dəstəyə daha çox ehtiyacı var"

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin