“Cari ilin 9 ayında dünyada baş verən xoşagəlməz hadisələrə və onların bizim iqtisadiyyatımıza təsirsiz ötüşməməsinə baxmayaraq, ümumi daxili məhsulumuz 1,5% artıb”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin komitələrində 2027-ci il il büdcə zərfinin müzakirəsi zamanı deyib.
O bildirib ki, neft-qaz sektorunda 1,2% azalmaya baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6% artım qeydə alınıb:
"Artım əsasən emal sənayesi, nəqliyyat və rəqəmsal xidmətlər hesabına təmin edilib. Qeyri-neft-qaz sənayemiz 6,3%, nəqliyyat 10%, informasiya və rabitə 11,1% artıb. Əhalinin gəlirlərində də müsbət dinamika müşahidə olunmaqdadır. Orta illik inflyasiya nəzərə alınmaqla əhalimizin real gəlirləri 3,7% artıb. Sentyabr ayında 12 aylıq inflyasiya 5,5% olmaqla Mərkəzi Bankın hədəf diapazonunda qalıb".
Bundan başqa nazir müavini qarşıdakı dövrdə əsas vəzifələrin nələrdən ibarət olacağını açıqlayıb:
"Əsas vəzifəmiz qəbul edilmiş dəstək alətlərinin tam tətbiqi və onların iqtisadi təsirinin mütəmadi qiymətləndirilməsi, sənaye və istehsal layihələri üçün uzunmüddətli maliyyələşmə mexanizmləri yaradılması, qeyri-neft-qaz ixracının həcminin və coğrafiyasının genişləndirilməsi, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın təşviqi, 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdışa dair ikinci dövlət proqramının icrasını təmin etməkdən ibarətdir".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:35 / 05.11.2026
Nazir müavini: “Dünyadakı xoşagəlməz hadisələr iqtisadiyyatımıza təsirsiz ötüşmədi”
Hazırda oxunan: Nazir müavini: “Dünyadakı xoşagəlməz hadisələr iqtisadiyyatımıza təsirsiz ötüşmədi”
Hazırda oxunan: Nazir müavini: “Dünyadakı xoşagəlməz hadisələr iqtisadiyyatımıza təsirsiz ötüşmədi”
646144
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































