Fransalı hücumçu Antuan Qrizmann ABŞ-ın "Orlando City" klubunda debüt matçına çıxaraq MLS çempionatında ilk qolunu vurub.
Bizim.Media xəbər verir ki, bu barədə xarici idman KİV-i məlumat yayıb.
35 yaşlı futbolçu MLS-in müntəzəm mövsümündə "San Jose Earthquakes" ilə keçirilən oyunun 48-ci dəqiqəsində fərqlənib.
Qarşılaşma "Orlando City"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 7-ci dəqiqədə David Brekalo açıb. Daha sonra İvan Anqulo (29), Antuan Qrizmann (48) və Brayan Oxeda (73) komandasının qollarını vurublar.
Qeyd edək ki, Antuan Qrizmann ötən mövsümün sonunda Madridin Atlético Madrid klubundan ayrılıb. O, 2014–2019-cu illərdə bu komandada çıxış edib, daha sonra FC Barcelona-ya transfer olunub və 2021-ci ildə yenidən "Atletiko"ya qayıtmışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:42 / 23.07.2026
Qrizmann MLS-də debüt matçında ilk qolunu vurdu – VİDEO
Hazırda oxunan: Qrizmann MLS-də debüt matçında ilk qolunu vurdu – VİDEO
Hazırda oxunan: Qrizmann MLS-də debüt matçında ilk qolunu vurdu – VİDEO
627062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































