“Kəpəz” Benito ilə danışıq aparır

Hazırda oxunan: “Kəpəz” Benito ilə danışıq aparır

626936

Növbəti mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparması gözlənilən “Kəpəz” heyətini gücləndirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, Gəncə klubu yeni legioner transfer etməyə hazırlaşır.

Elita təmsilçisi hücum xəttini nigeriyalı Benito ilə gücləndirmək istəyir. Son olaraq Kiprin “Akritas” klubunda çıxış edən 27 yaşlı vinger hazırda azad agent statusu daşıyır.
 

“Kəpəz” onunla danışıqları, demək olar ki, yekunlaşdırmaq üzrədir. Kiyev “Dinamo”sunun sabiq üzvünün tezliklə keçidinin rəsmiləşməsi gözlənilir.


Qeyd edək ki, Benito Nigeriyanın U-23 yığmasında çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin