Lionel Messi Argentina millisində karyerasını başa vurdu

Hazırda oxunan: Lionel Messi Argentina millisində karyerasını başa vurdu

626532

Argentinalı ulduz futbolçu Lionel Messi 2026-cı il Dünya Çempionatının finalındakı məğlubiyyətdən sonra milli komandadakı karyerasını başa vurduğunu elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə idman jurnalisti Ernan Kastilyo "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Futbolçu DÇ-2026-nın final matçından əvvəl soyunub-geyinmə otağında emosional nitq söyləyərək, bu qarşılaşmanın onun üçün 'albiseleste' (Argentina millisi) heyətində sonuncu olduğunu bildirib", – deyə jurnalist qeyd edib.

Qeyd edək ki, finaldakı məğlubiyyətə baxmayaraq, Messi bu turnirdə bir neçə tarixi rekorda imza atıb: o, Dünya Çempionatında het-trik edən ən yaşlı futbolçu olub və turnirlər tarixində "qol+pas" sistemi üzrə xallarının sayını 33-ə çatdırıb. 39 yaşlı hücumçu üçün bu Dünya Çempionatı karyerasında altıncı və sonuncu oldu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin