Dağıstan həkimləri Yeni il gecəsində təsadüfi bir güllə ilə ağır yaralanmış üç yaşlı uşağın həyatı uğrunda mübarizə aparırlar.
Moderator.az-ınxa0 yerli mediaya istinadla verdiyi xəbərə görə, fövqəladə olay Dərbənddə meydana gəlib. Valideynlər bayram atəşfəşanlığını izləmək üçün uşaqla birgə xa0küçəyə xa0çıxıblar. O məqamda naməlum bir adam odlu silahdan atəş açmağa başlayıb. Güllələrdən biri körpənin başına dəyib və o, ağır vəziyyətdə xa0xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları istintaqa başlayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yeni ilin qeyd edilməsi ilə bağlı daha bir hadisə Mahaçqalada baş verib: çardağa duman bombası atılması nəticəsində aptek yanıb.
Sultan Laçın































































































