Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır

Hazırda oxunan: Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır

646285

Bu gün – noyabrın 6-da Bakı metropoliteni işçilərinin peşə bayramı qeyd olunur.

Bizim.Media xəbər verir ki, metro əməkdaşları hər gün minlərlə insanın mənzil başına təhlükəsiz və rahat çatdırılması üçün fəaliyyət göstərirlər.
 

Qatar maşinistlərindən tutmuş stansiya növbətçilərinə, mühəndislərdən texniki və xidmət heyətinə qədər çoxsaylı əməkdaşlar paytaxtın nəqliyyat sisteminin fasiləsiz fəaliyyətini təmin edirlər.


Bakı metropoliteninin tarixi 1967-ci il noyabrın 6-dan başlayır. Həmin gün Bakı metrosunun ilk xətti istifadəyə verilib.

İlk mərhələdə 5 stansiya – "Bakı Soveti" (indiki "İçərişəhər"), "26 Bakı komissarı" (indiki "Sahil"), "28 Aprel" (indiki "28 May"), "Gənclik" və "Nəriman Nərimanov" sərnişinlərin istifadəsinə açılıb.

Beləliklə, Bakı metrosu artıq 59 ildir paytaxt sakinlərinə xidmət göstərir.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin