Güllü Muradovanın əri həbs olundu

Hazırda oxunan: Güllü Muradovanın əri həbs olundu

646281

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb.
 

Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.


Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin