Moderator.az xəbər verir ki, tədbirdə tanınmış incəsənət ustalarının mahnıları səsləndirilir. Milli geyimdə olan uşaqlardan ibarət qruplar rəqs edir, şerlər deyirlər. Rayon İcra Hakimiyyəti rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak edirlər. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şənlik keçirilən ərazidə olaraq, tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri ilə görüşüb və sabah keçiriləcək “Gül bayramı”na hazırlığın vəziyyəti ilə maraqlanıb. Bayram şənliyi davam edir











































































































