Qırğızıstanda valideynlərə uşağa ata və ananın soyadlarının birləşməsindən yaranan ikiqat soyada icazənin verilməsi təklif olunur.
Bizim.Media bu barədə “Kazinform" agentliyinə istinadən xəbər verir.
Müvafiq qanun layihəsi Joqorku Keneşin (Parlamentin) bir qrup deputatı tərəfindən ictimai müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, valideynlərin razılığı ilə uşağa doğularkən valideynlərin soyadlarının istənilən ardıcıllıqla defislə birləşdirilməsi yolu ilə formalaşan ikiqat soyad verilə bilər. Lakin uşaqlara üçqat soyadın verilməsinə icazə verilmir.
Bu məhdudiyyət sonrakı nəsillərdə soyadların həddindən artıq mürəkkəbləşməsinin qarşısını almağa yönəlib.
Daha əvvəl ölkədə eynicinsli nikahların qanunla qadağan edilməsi və sənədlərdə bioloji cins barədə qeydin dəyişdirilməsinə qadağa qoyulmasının nəzərdən keçirildiyi barədə məlumat verilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
02:35 / 19.06.2026
Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər
Hazırda oxunan: Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər
Hazırda oxunan: Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər
620154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































